Messi Çinə gedir - Tarix bilindi

Messi Çinə gedir - Tarix bilindi

Amerikanın "İnter Mayami" klubu ilk dəfə beynəlxalq turneyə çıxacaq. Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda 2024-cü ilin fevralında başlayacaq yeni MLS mövsümünə hazırlıq məqsədi ilə Çinə səfər edəcək. Amerikalılar Çində bir neçə oyunu keçirəcək. Belə ki, noyabrın 5-də Qingdaoda “Qingdao Hainiu” ilə, noyabrın 8-də isə Çenqduda “Chengdu Qianbao” ilə görüş nəzərdə tutulub. “İnter Mayami”nin görüşləri 50 və 60 min tamaşaçı tutumlu stadionlarda keçiriləcək. Xatırladaq ki, argentinalı Lionel Messi "İnter Mayami"də çıxış edir. Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər