Messi ilə Ronaldu rəqib olacaqlar - Məkan bilindi

Messi ilə Ronaldu rəqib olacaqlar - Məkan bilindi

Futbol ulduzları Lionel Messi ilə Kriştianu Ronaldu yaxın gələcəkdə bir-birinə qarşı oynaya bilər.

Fanat.Az xəbər verir ki, bu barədə tanınmış idman jurnalisti Əli Əl-Enezi sosial şəbəkə hesabında paylaşım edib. 

Mənbənin məlumatına görə, onların çıxış etdiyi Amerikanın “İnter Mayami” və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubları arasında yoldaşlıq oyunu təşkil etmək planlaşdırılır. Bu görüş Çində baş tuta bilər. Dəqiq tarix hələ məlum deyil.

Ronaldu bu ilin yanvarından “Əl-Nəsr”də çıxış edir. Onun müqaviləsi 2025-ci ilin ortalarına qədərdir. Messi isə yayda "İnter Mayami"nin sıralarına qoşulub. Leo yeni klubu ilə 2025-ci ilin sonuna qədər müqavilə bağlayıb.

Qeyd edək ki, futbolçular artıq 2023-cü ilin əvvəlində bir-biri ilə qarşılaşıblar. Həmin vaxt PSJ "Əl-Nəsr"lə qarşılaşıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər