Messi ilə PSJ arasında bağlar qopdu - Argentinalı məşqə gəlmədi

Messi ilə PSJ arasında bağlar qopdu - Argentinalı məşqə gəlmədi

PSJ klubundan ayrılacağı gündəmdə olan argentinalı ulduz Lionel Messi komandanın ötən axşam baş tutan məşqinə qatılmayıb.

Fanat.Az xəbər verir ki, məlumatı "Lequipe" yayıb. 

Mənbə konkret səbəb göstərməsə də, bunun "PSJ-ulrtas" azarkeş qrupunun Messiyə təzyiqinin artması ilə əlaqələndirib. Fanatlar ulduz forvardın "meydanda az hərəkət etməsi"ndən narazıdır. Vurğulanır ki, Messinin məşqdən yayınması vəziyyəti daha da gərginləşdirəcək. 

Fransa çempionatının növbəti turunda Paris nəhəngi “Renn”lə qarşılaşacaq. Matç bazar günü, 19 martda keçiriləcək.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər