Messi ilə foto çəkdirmək üçün maraqlı üsula əl atdı - FOTOLAR

Messi ilə foto çəkdirmək üçün maraqlı üsula əl atdı - FOTOLAR

İbizada tətil edən futbolçu Lionel Messi gözlənilməz hadisə ilə qarşılaşıb.

Fanat.az axşam.az-a istinadən xəbər verir ki, ulduz futbolçu ailəsiylə birlikdə sahildən bir qədər aralı şəxsi yaxtasında dincəlib. Lakin Messinin fanatlarından biri, 24 yaşlı Suli adlı gənc sahildən 1 kilometrlik məsafəni üzərək yaxtaya çatıb.

Messi gənc heyranını yaxtasına dəvət edib. Ən böyük arzusu futbolçu ilə foto çəkdirmək olan Suli üzərək gəldiyi üçün telefonu suda xarab olub. Ancaq "Barselona"lı ulduz ona həyatının ən böyük hədiyyəsini verərək onunla foto çəkdirib və mühafizəçilərinə fotonu Suliyə göndərməyi tapşırıb. Messi daha bir jest edərək onu sahilə öz qayığı ilə göndərib.

Fanat.az 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər