"Barselona" ulduz futbolçusu Leonel Messi ilə yeni müqavilə imzalamağa hazırlaşır. Fanat.az xəbər verir ki, klub rəhbərliyi argentinalını karyerasının sonuna qədər komandada saxlamaq istəyir.
Rəhbərlik həftəsinə 382 min avro qazanan Messiyə 5 illik yeni sözləşmə təklif edəcək. O, təklifi qəbul edəcəyi halda 35 yaşına qədər La Liqada çıxış etməli olacaq.
Qeyd edək ki, 2004-cü ildən "Barselona"da çıxış edən Messinin hazırda klubla 18 aylıq müqaviləsi qüvvədədi.
Fanat.az