Messi ildə 20 milyon qazanacaq

Messi ildə 20 milyon qazanacaq

“Barselona” hücumçusu Lionel Messi komanda ilə yeni müqavilə imzalayıb. Fanat.az xəbər verir ki, son vaxtlar zəif oyun göstərməsinə və azarkeşlərin sevgisini itirməsinə baxmayaraq, Kataloniya klubu argentinalı futbolçu ilə müqaviləni uzadıb.

 

Xatırladaq ki, bir qədər əvvəl azarkeşlərin Messinin satılmasına səs verdiyi barədə xəbər yayılmışdı. Amma bütün çətinliklərə və tənqidlərə baxmayaraq, klub və futbolçu arasında müqavilə yenilənib. Bu müqaviləyə görə, Messi ildə 20 milyon avro alacaq və dünyanın ən çox qazanan futbolçularının siyahısına başçılıq edəcək. Futbolçunun bonservisi də yüksəlib. Buna kimi Messini almaq istəyən klub “Barselona”ya 200 milyon avro ödəməliydisə, indi argentinalı hücumçuya formasını geyindirmək istəyən klub bunun üçün 250 milyon avrosundan keçməlidir.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər