"Barselona"nın və Argentina millisinin ulduzu Lionel Messi hər gün 100 min dollar itirir.
Fanat.Az "Sport-Express"ə istinadən xəbər verir ki, buna səbəb futbolçunun müqaviləsinin başa çatması olub.
1 iyulda "Barselona" ilə müqaviləsi başa çatan Messi hazırda azad agent statusu daşıyır. Həmin gündən argentinalı ulduz hər gün 100 min ABŞ dolları itirir.