Messi həmyerlisinə qovuşa bilmədi

Messi həmyerlisinə qovuşa bilmədi

"İnter Mayami" "Argentinos Xuniors"un yarımmüdafiəçisi Federiko Redondonun transferini başa çatdıra bilməyib.

Fanat.Az xəbər verir ki, bu barədə insayder Pipi Novello məlumat yayıb. 

Xəbərə görə, "Real Madrid"in əfsanəvi futbolçusu Fernando Redondonun oğlunun transferi ilə bağlı anlaşma son anda iflasa uğrayıb. Ulduz forvard Lionel Messinin çıxış etdiyi "İnter Mayami" 21 yaşlı argentinalı üçün 8 milyon avro ödəməyə hazır olsa da, lakin Amerika klubu MLS-in maliyyə reqlamentinin tələblərinə əməl edə bilmədiyi üçün transfer pozulub.

Redondonun "Argentinos Xuniors" ilə müqaviləsinin müddəti 2024-cü ilin sonuna qədərdir. Transfermarkt portalı futbolçunun dəyərini 9 milyon avro qiymətləndirir.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər