Messi hara, "Taliban" hara?

Messi hara, "Taliban" hara?

Fransanın satirik "Charlie Hebdo" jurnalının yeni sayı Əfqanıstanda baş verən hadisələrə həsr olunub.

Fanat.Az xəbər verir ki, jurnalın müəllifləri arxasında Lionel Messinin adı yazılmış niqablı qadın şəkillərini üz qabığına qoyublar.

Messi hara, "Taliban" hara?

Jurnalistlər bu atmaca ilə xatırladıblar ki, Qətər faktiki olaraq argentinalı hücumçu Lionel Messinin PSJ-yə transferini maliyyələşdirib. Eyni zamanda, Qətərin Əfqanıstanda hakimiyyəti ələ keçirən "Taliban"ın sponsoru olduğuna da işarə edilir.

Xatırladaq ki, avqustun 10-da PSJ rəsmən Lionel Messi ilə müqavilənin imzalanmasını elan edib. Razılaşma 2023-cü ilə qədər nəzərdə tutulub.

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər