Argentina təmsilçisi "Nyuells Old Boyz"un baş məşqçisi Qabriel Hayntse PSJ-nin superulduzu Lionel Messinin bu kluba qayıdacağı ilə bağlı yayılan informasiyalara münasibət bildirib.
Fanat.Az xəbər verir ki, "Footmercato" mütəxəssisin dediklərini belə çatdırıb:
"Messi haqda danışmağa bir qədər utanıram. Açığı, onunla bağlı suallara cavablandırmağa çətinlik çəkirəm. Leonun qayıdıb-qayıtmayacağı yalnız özündən asılıdır. Bu, onun seçimi olacaq. Yəni heç kəs qayıtmağa məcbur deyil. Xahiş edirəm, Messini rahat buraxın. Qoyun harda olursa, olsun və bizi sevindirməyə davam etsin".
Qeyd edək ki, PSJ ilə müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq Messi 1994-2000-ci illər aralığında "Nyuells Old Boyz"un strukturunda olub.
Nihat