Messi hamıya "İphone" paylayacaq - FOTO

Messi hamıya "İphone" paylayacaq - FOTO

Argentina millisinin hücumçusu Lionel Messi komanda yoldaşlarına qeyri-adi sürpriz hazırlayıb.

Fanat.Az xəbər verir ki, 35 yaşlı ulduz futbolçu mundialın qalibi olan futbolçulara və millinin texniki heyət üzvlərinə qızıl suyuna çəkilmiş "İphone 14" hədiyyə edəcək.

O, 35 telefon üçün 200 min avro ödəyib. 24 karatlıq qızıl qutu ilə və hər bir oyunçunun adı həkk olunmuş telefonlar "iDesing Gold" şirkətindən sifariş olunub. Bu barədə sözügedən şirkətin sosial şəbəkə hesabında paylaşım edilib.

Messi hamıya "İphone" paylayacaq - FOTO "iDesing Gold" şirkətinin sahibi Ben Lyons ilə görüş Parisdə, Messinin FİFA-nın ən yaxşı oyunçusu kimi mükafatlandırılması mərasimində baş tutub. Bu barədə Ben Lyons bunları bildirib: "Leo böyük nailiyyəti qeyd etmək üçün xüsusi və zərif bir şey istəyirdi. O, bizim ən sadiq müştərilərimizdən biridir və DÇ-ni qazandıqdan sonra bir neçə dəfə əlaqə saxlamışıq. Mən ona hər oyunçunun adı həkk olunmuş və qızıl suyuna çəkilmiş "İphone" telefonları təklif etdim. O, bu fikirdən heyrətə gəldi və dərhal sifarişi yerinə yetirməyimizi xahiş etdi".

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər