Messi gözəl qolla komandasını məğlubiyyətdən xilas etdi - VİDEO

Messi gözəl qolla komandasını məğlubiyyətdən xilas etdi - VİDEO

MLS-də müntəzəm mövsümün 31-ci turunun oyunları keçirilib. 

Fanat.Az xəbər verir ki, dünya ulduzu Lionel Messinin çıxış etdiyi "İnter Mayami" son turda "Şarlotta" ilə qarşılaşıb. 

Matç 1:1 nəticələnib. Hesabda geri düşən mayamililər 68-ci dəqiqədə məhz Messinin sayəsində hesaba tarazlıq gətiriblər. Argentinalı uzaq məsafədən zərbə ilə qapını vurub.

Xal itkisinə baxmayaraq, pley-offa vəsiqəni təmin edən "İnter Mayami" hazırda 65 xalla liderdir və ən yaxın izləyicisini 8 xal qabaqlayır. Messi bu mövsüm MLS-də 15 qol vurub, 15 məhsuldar ötürmə edib. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər