İspaniya çempionatı tarixinin ən yaxşı oyunçusunun kimliyinə aydınlıq gəlib.
Fanat.Az xəbər verir ki, ölkənin Futbol Tarixi və Statistikaları Araşdırmaları Mərkəzi “Barselona”nın superulduzu Lionel Messinin bütün rəqiblərini qabaqladığını açıqlayıb.
Ən yaxşı futbolçunu müəyyənləşdirmək üçün 9280 futbolçunun, 86 mövsümün nəticələri araşdırılıb. Argentina millisinin üzvü 545 xal yığaraq bütün rəqiblərini geridə qoyub.
Fanat.Az