"Barselona"nın superulduzu Lionel Messi İspaniya Superkubokunun finalını buraxa bilər.
Fanat.Az xəbər verir ki, bunu AS qəzetinə açıqlamasında Kataloniya təmsilçisinin baş məşqçisi Ronald Kuman deyib. O, "Qranada" ilə çempionat oyununda (4:0) zədələnən argentinalının meydana çıxıb-çıxmayacağının qeyri-müəyyən olduğunu söyləyib:
"İndidən Messinin finalda oynayıb-oynamayacağı ilə bağlı dəqiq söz demək çətindir. Bir neçə gün gözləməliyik. Hər şey onun hansı vəziyyətdə olacağından asılıdır".
Qeyd edək ki, Superkubokun yarımfinalında "Real Sosyedad"ı mübarizədən kənarlaşdıran "Barselona" finalda "Real" (Madrid) - "Atletik" (Bilbao) cütünün qalibi ilə üz-üzə gələcək.
Fanat.Az