Messi "ən yaxşı" seçildi

Messi "ən yaxşı" seçildi
İspaniyanın ünlü nəşri "Marca” 2018-ci ilin ən yaxşı 100 futbolçusunun siyahısını açıqlayıb.
Fanat.Az xəbər verir ki, "Barselona”nın argentinalı ulduzu Lionel Messi ilin ən yaxşı oyunçusu seçilib.
O, Xorvatiya yığması və "Real"ın yarımmüdafiəçisi, "Qızıl top"un son qalibi Luka Modriçlə "Atletiko"nun hücumçusu, Fransa ilə dünya çempionu olan Antuan Qrizmannı qabaqlayıb. 
Mövsümün əvvəlində "Real"ı "Yuventus"a dəyişən Kriştiano Ronaldo isə sıralamada 4-cü olub.
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər