Messi ən yaxşı driblinq ustalarının siyahısında "ilk üçlüy"ə düşmədi

Messi ən yaxşı driblinq ustalarının siyahısında "ilk üçlüy"ə düşmədi
Cari mövsümün göstəricilərinə əsasən, "Barselona"nın hücumçusu Lionel Messi La Liqanın ən yaxşı driblinqçiləri siyahısında dördüncüdü.
Fanat.Az "OptaJose"yə istinadən xəbər verir ki, sıralamaya "Atletiko"nun yarımmüdafiəçisi Tomas Partey (driblinq cəhdlərinin 81,8%-də uğurlu olub) başçılıq edir. "Vilyarreal"ın xavbeki Andre Zambo-Anqissa (80,1%) ikincidi. "Barselona"nın orta sahə oyunçusu Frenki De Yonq (74,5%) üçüncü sırada qərarlaşıb.
De Yonqun komanda yoldaşı Lionel Messi 67,3%-lik uğurlu driblinq göstəricisi ilə "ilk üçlük"dən kənar qalıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər