Messi ən çox sevdiyi qolunun hansı olduğunu dedi

Messi ən çox sevdiyi qolunun hansı olduğunu dedi

"İnter Mayami"nin və Argentina millisinin hücumçusu Lionel Messi kareyrasının ən sevimli qolunun hansı olduğunu açıqlayıb.

Fanat.Az xəbər verir ki, 36 yaşlı hücumçu belə deyib:

"Həmişə demişəm ki, ən vacib qollar Çempionlar Liqasının və dünya çempionatının finallarında vurulanlardır. "Real"ın qapısına "Santyaqo Bernabeu"da keçirilən ÇL matçında vurduğum qolu həmişə xatırlayıram. Həmin qarşılaşmada onları 2:0 hesabı ilə məğlub etmişdik".

Həmin oyun 2011-ci ildə baş tutub. "Barselona" səfərdə 2:0 hesabı ilə yendiyi  əzəli rəqibi ilə evdə bərabərliyə razılaşmışdı - 1:1.

Xatırladaq ki, Messi oktyabrın 31-də 8-ci dəfə "Qızıl top" mükafatına layiq görülüb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər