Messi dubl edib karyerasındakı 46-cı kuboka sahib çıxdı - VİDEO

Messi dubl edib karyerasındakı 46-cı kuboka sahib çıxdı - VİDEO

"İnter Mayami" səfərdə ən yaxın izləyicisi "Kolumbus"u 3:2 hesabı ilə məğlub edərək MLS-in müntəzəm mövsümünün erkən qalibi olub.

Fanat.Az xəbər verir ki, Devid Bekhemin komandasının əsas ulduzu Lionel Messi bu oyunda dubla imza atıb.

Matçın başa çatmasından dərhal sonra komandaya kubok təqdim olunub. Klubun həmsahibi Xorxe Mas paltardəyişmə otağında bütün komandanın qarşısında onu təntənəli şəkildə Messiyə təqdim edib.  

Lionel Messi üçün bu kubok karyerasında 46-cı olub.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər