Messi dostlarına uyğunlaşa bilmədiyini deyib

Messi dostlarına uyğunlaşa bilmədiyini deyib

Lionel Messi Fransanın PSJ klubuna uyğunlaşmaqda çətinlik çəkir.

Fanat.Az xəbər verir ki,  "El Confidencial" 35 yaşlı hücumçunun "Barselona"dakı dostlarına Paris klubundakı vəziyyətindən şikayətləndiyini bildirib.

Argentinalı forvard ötən həftə İspaniyaya səfər edərək sabiq komanda yoldaşları Serxio Buskets və Xordi Alba ilə görüşüb. Ardından Messi "Barselona"nın baş məşqçisi Xavi ilə də danışıb. Təcrübəli futbolçu onlara PSJ-yə uyğunlaşa bilmədiyini deyib.

Messi 2021-ci ilin yayında "Barselona"dan ayrılıb və azad agent statusu ilə PSJ-yə keçib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər