Messi də "Black lives matter" hərəkatına dəstək verdi

Messi də "Black lives matter" hərəkatına dəstək verdi
"Barselona"nın hücumçusu Lionel Messi "Blackout tuesday" fləşmobuna qoşulub.
Fanat.Az xəbər verir ki, Messi sosial media hesablarında qara çərçivə şəkli paylaşıb və #BLM, #blackouttuesday həştəqlərindən istifadə edib.
Fləşmobun mahiyyətinə görə, 2 iyun çərşənbə axşamı günü insanlar sosial media hesablarında əyləncə xarakterli postlar yazmamalı, əvəzində #blackouttuesday həştəqi ilə qara çərçivə fotosu paylaşmalı və "Black lives matter" ("Qaradərililərin həyatı önəm kəsb edir" - Fanat.Az) hərəkatına dəstək olmalıdılar.
Ötən həftənin bazar ertəsi ABŞ-ın Minnesota ştatının Minneapolis şəhərində polis məmuru Corc Floydu yaxaladıqdan sonra dizini onun boynuna dayamışdı. Təxminən 8 dəqiqə bu vəziyyətdə qalan Floyd dünyasını dəyişmişdi. 46 yaşlı mərhum son anlarında "Mən nəfəs ala bilmirəm" cümləsini işlətmişdi. Artıq ABŞ-ın 20-dən çox ştatında hadisə ilə bağlı etirazlar başlayıb.
 
Qeyd edək ki, bu, Amerikada son illərdə qaradərililərin polis tərəfindən öldürülməsinə dair ilk belə hal deyil.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər