"Messi daha yaxşıdı" deyənlərə Ronaldodan maraqlı cavab

"Messi daha yaxşıdı" deyənlərə Ronaldodan maraqlı cavab
İngiltərə millisinin sabiq üzvü Peter Krouç Kriştiano Ronaldo ilə bağlı maraqlı açıqlamalar verib.
Fanat.Az xəbər verir ki, veteran futbolçu portuqaliyalı ulduzun "Mançester Yunayted"də oynadığı dövrlə bağlı danışıb.
"Bir dəfə "Mançester Yunayted"in futbolçuları ilə görüşəndə Ronaldonun necə insan olduğunu soruşdum. Onlar bildirdi ki, hər fürsətdə Ronaldo ilə zarafat edərək Messinin daha yaxşı futbolçu olduğunu deyirlərmiş. Ronaldo isə cavab olaraq əzələlərini sıxır və "Düzdü, amma Messi bunun kimi görünmür" cavabını verirmiş" deyə Krouç bildirib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər