"Messi bura istirahətə gəlməyib" - Devid Bekhem

"Messi bura istirahətə gəlməyib" - Devid Bekhem

"İnter Mayami"nin həmsahibi Devid Bekhem PSJ-ni MLS təmsilçisinə dəyişən Lionel Messidən danışıb.

Fanat.Az xəbər verir ki, İngiltərə millisinin sabiq yarımmüdafiəçisinin dediklərini CNN belə çatdırıb:

"Messi əvvəlki kimi acdır. O, yenə qələbələr qazanmaq istəyir. Lionel MLS-ə istirahətə gəlməyib. Messi "İnter Mayami"yə klubun qələbələrində pay sahibi olmaq, ölkənin gənc futbolçularını ruhlandırmaq üçün keçib".

Xatırladaq ki, Messi PSJ-dən azad agent statusu ilə ayrılıb. Argentinalı superulduz "İnter Mayami"də də 10 nömrəli futbolkanı geyinəcək. 

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər