Messi bunu 300-cü dəfə bacardı

Messi bunu 300-cü dəfə bacardı
"Barselona"nın superulduzu Lionel Messi növbəti uğura imza atıb.
 
Fanat.Az xəbər verir ki, 34 yaşlı hücumçu ölkə kubokunun 1/4 final mərhələsi çərçivəsində "Qranada”ya 5:3 hesabı ilə qalib gəldikləri görüşdə məhsuldar ötürmə ilə yadda qalıb.
 
Messi 88-ci dəqiqədə Antuan Qrizmanın qol vurmasına yardımçı olub. Bu, argentinalı oyunçunun 300-cü məhsuldar ötürməsi (259-u klubda, 41-i millidə) kimi tarixə düşüb.
 
Qeyd edək ki, "Qranada" - "Barselona" matçının əsas vaxtı 2:2 hesabı ilə yekunlaşıb. Əlavə vaxtda daha 3 qol vuran Kataloniya klubu yarımfinala vəsiqəni təmin edib.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər