Messi bu mövzuda sükutu pozdu: “Yaşananlar məni çox incitdi”

Messi bu mövzuda sükutu pozdu: “Yaşananlar məni çox incitdi”
"Barselona”nın kapitanı Lionel Messi ötən mövsümün sonunda komandadan ayrılmaq istəməsi ilə bağlı danışıb. 
Fanat.Az xəbər verir ki, ona ünvanlanan suala ulduz futbolçu belə cavab verib: 
"Komandadan ayrılmaq istədiyim ərəfədə susmağımın daha yaxşı olacağını düşünənlər var idi. Ancaq son həftələrdə yaşananlar məni çox incitdi və bunu belə ifadə etdim”.
Argentina millisinin hücumçusu onu da qeyd edib ki, klub rəhbərliyi ilə yaranmış fikir ayrılıqları ilə bağlı problemlər artıq geridə qalıb. O, bütün diqqətini oyunlara yönəltdiyini söyləyib: "Bütün "Barsa” azarkeşləri birləşməli və ən yaxşısını düşünməlidirlər. Komandamızın məqsədi azarkeşlərimizə layiq olduğu sevinci yaşatmaqdır. Əgər "Barselona” rəsmilərindən kimsə səhv etdiyimi düşünürsə, bilsin ki, bütün bunları daha yaxşı və güclü "Barselona” qazanmaq üçün etmişəm”.
Qeyd edək ki, Lionel Messi yayda İngiltərənin "Mançester Siti” klubu ilə 5 illik müqaviləyə razı olsa da, "Barselona”nın 700 milyon avroluq təzminat tələb etməsi keçidin baş tutmasına mane olub.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər