Messi bu kluba keçib səhmdara çevriləcək

Messi bu kluba keçib səhmdara çevriləcək

PSJ-nin hücumçusu Lionel Messinin gələcək planları açıqlanıb.

Fanat.Az xəbər verir ki, "Diario AS" argentinalı ulduzun 2023-cü ilin yayında ABŞ çempionatına yollanacağı ilə bağlı informasiya yayıb.

Xəbərə görə, 34 yaşlı futbolçu Devid Bekhemin klubuna - "İnter Mayami"yə keçəcək. Lionelin "İnter Mayami"nin səhmlərinin 35 faizini alacağı və klubun inkişaf strategiyasında xüsusi rol oynayacağı vurğulanıb.

Messi 2021-ci ilin yayında "Barselona"dan ayrılaraq azad agent qismində PSJ-yə keçib. Bu mövsüm Paris təmsilçisinin formasıyla bütün turnirlərdə 33 matça çıxan cənubi amerikalı forvard 11 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb. Onun Fransa təmsilçisi ilə olan müqaviləsinin müddəti 2023-cü ilin yayında başa çatacaq.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər