Messi bu gün  debüt edəcək? - Açıqlama

Messi bu gün  debüt edəcək? - Açıqlama

PSJ-nin argentinalı hücumçusu Lionel Messi "Brest"lə səfər oyununda iştirak etməyəcək.

Fanat.Az xəbər verir ki, bu barədə rəsmi olaraq parislilərin mətbuat xidməti məlumat yayıb. 

Messi PSJ-nin iştirak ərizəsinə salınmayıb.

Argentinalı forvard tətildən sonra fiziki formasını bərpa etməlidir. Maurisio Poçettino (Mauricio Pochettino) onu "bişməmiş" meydanda buraxmaq niyyətində deyil.

Liqa 1-in ikinci turunda "Brest" ə qarşı eyni səbəbdən  Neymar, Serxio Ramos (Sergio Ramos) və Leandro Paredes də oynamayacaq.

Qeyd edək ki, görüş bu gün Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər