Messi: "Bu bizim son şansımızdı"

Messi: "Bu bizim son şansımızdı"

 Lionel Messi Argentina millisinin DÇ-2018-dəki hədəfindən danışıb.

 

Fanat.Az xəbər verir ki, "Barselona”nın ulduzu uzun sürən çempionluq həsrətini bitirməli olduqlarını deyib: "Bu dəfə də dünya çempionu ola bilməsək, heç vaxt bu uğuru qazanmayacağıq. Bizim üçün son şansdı. Mundialda uduzduğumuz oyunlara görə çox ağlamışam. Çünki özümüzlə yanaşı, ölkəmizin də arzusunu həyata keçirə bilməmişik. Finalda məğlub olmaq daha acınacaqlıdı. İnanıram ki, bu dəfə kuboku qaldırmağı bacaracağıq”.

 

Qeyd edək ki, Argentina mundialda Xorvatiya, İslandiya və Nigeriya ilə eyni qrupda yarışacaq.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər