Lionel Messi DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində baş tutan Argentina – Peru oyununun (1:0) baş hakimi Vilton Sampayonun işindən narazı qalıb.
Fanat.Az xəbər verir ki, Argentina millisinin kapitanı matçdan sonra Sampayonun idarəçiliyini tənqid edib.
Argentinalı futbolçunun fikrincə, Sampayo Perunun lehinə şübhəli qərarlar verib: “Hər dəfə o, bizim oyunumuzu idarə edəndə bənzər səhvlər edir. Deyəsən, o, qəsdən bu səhvlərə yol verir”.
O, "İnstagram" səhifəsindəki paylaşımında da bu haqda paylaşım edib.
Qeyd edək ki, bugünə qədər bir neçə argentinalı futbolçu da braziliyalı Sampayonun onlara qarşı qərəzli hakimlik etdiyini bildirib. Mirağa