Messi bir qol da vursa…

Messi bir qol da vursa…

PSJ-nin hücumçusu Lionel Messi dünən Fransa çempionatında növbəti qolunu vurmaqla Avropanın 5 əsas liqasının klublarında rekorda şərik olub.

Fanat.Az xəbər verir ki, argentinalı futbolçu buna dünya çempionu kimi vurduğu ilk qolla nail oldu.

Bütün klub turnirləri daxil olmaqla 696-cı qolunu vuran Messi Kriştianu Ronalduya çatıb. Leo daha bir dəfə fəqlənsə, mütləq rekordçu olacaq. Çünki Ronaldo artıq Avropada oynamır və Səudiyyə Ərəbistanında “Əl-Nəsr”in oyunçusudur. Deməli, Messi rəqibsiz qalıb və daha da irəliləyə bilər.

Xatırladaq ki, Lionel Messi indiyə qədər 832 oyuna 696 qol vurub, 297 məhsuldar ötürmə edib. Kriştianu Ronaldu isə 919 oyunda 696 qol vurub və +197 məhsuldar ötürmə edib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər