"Messi başqa planetdəndi"

"Messi başqa planetdəndi"
"Barselona"nın sabiq futbolçusu Xavyer Maskerano "Cielosports"a müsahibəsində keçmiş komanda yoldaşı Lionel Messi haqda fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, Maskerano Leonun oyun qarşısında hökmranlıq edən yeganə futbolçu olduğunu düşünür:
"Leo haqda düşünəndə həmişə eyni şeyi deyirəm: futbolda qərarvermə və icra bacarıqları önəmlidi. Yaxşı qərarlar qəbul edən oyunçular çoxdu, amma onlar həmin qərarları meydanda yaxşı formada icra edə bilmirlər. Messi isə hər ikisinə qadirdi.
Eynisi onun oyun sürətinə də aiddi. Messi başqadı. Həmçinin Leo oyuna necə nəzarət edəcəyini bilir və bu sayədə hər matçda 10-a yaxın qol epizodu yaradır.
Messinin oyuna hökmranlıq etmək bacarığı var. Adətən, oyun futbolçuların üzərində dominant olan tərəfdi. Biz fərqli şeylər yoxlayırıq, çünki rəqib və ya oyunun gedişi bizi müxtəlif situasiyalara salır, məcbur edir. Leo isə nə edəcəyinə özü qərar verir, oyun onun qarşısında acizdi. Ona görə də Messinin başqa planetdən olduğunu deyə bilərik".
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər