Messi ardıcıl 5-ci dəfə bombardir oldu

Messi ardıcıl 5-ci dəfə bombardir oldu
İspaniya La Liqasında 2020/21 mövsümünün ən yaxşı bombardiri Lionel Messi olub.
 
Fanat.Az xəbər verir ki, "Barselona”nın hücumçusu mövsümü 30 qolla başa vurub.
 
O, bu qolları meydana çıxdığı 35 oyunda rəqib qapılarından keçirib. İkinci yeri Kərim Benzema ("Real”) ilə Jerar Moreno ("Vilyarreal”) tutub. Onlar rəqib qapılarına 23 dəfə yol tapıblar. Çempion olan "Atletiko”nun hücumçusu Luis Suares isə 21 qolla üçüncü olub.
 
Qeyd edək ki, Lionel Messi ardıcıl beşinci, bütövlükdə isə səkkizinci dəfə İspaniya La Liqasında mövsümün ən məhsuldar futbolçusu olur.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər