Messi Amerika Kubokunda qızıl buts geyinəcək - FOTO

Messi Amerika Kubokunda qızıl buts geyinəcək - FOTO

"Adidas" şirkəti Argentina millisinin lideri Lionel Messinin qarşıdan gələn Amerika Kubokunda geyinəcəyi butsları nümayiş etdirib.

Fanat.Az xəbər verir ki, şirkət bu barədə sosial şəbəkə hesabında paylaşım edib.   "Adidas F50" modeli "Triunfo Dorado" (“Qızıl Zəfər”) adlanır və ağ, qara və qızılı rənglərdə hazırlanıb. 

Messi Amerika Kubokunda qızıl buts geyinəcək - FOTO Qeyd edək ki, ABŞ-da keçiriləcək Amerika Kuboku bu gün - iyunun 20-də başlayacaq və iyulun 14-nə qədər davam edəcək.

Amerika Kubokunda argentinalılar Kanada (21 iyun), Çili (26 iyun) və Peru (30 iyun) ilə qarşılaşacaqlar.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər