Messi ABŞ-dan 7,3 milyonluq mənzil aldı

Messi ABŞ-dan 7,3 milyonluq mənzil aldı
"Barselona" ulduz futbolçusu Lionel Messinin ailəsi ABŞ-ın Florida ştatının Sanni-Ayls-Biç şəhərində elit mənzil alıb.
 
Fanat.Az xəbər verir ki, bu barədə "The Real Deal" məlumat yayıb.
 
Nəşrin yaydığı xəbərə görə, Messi ailəsi Kollinz küçəsindəki çoxmənzilli binanın bütün 9-cu mərtəbəsini alıblar. Bu mənzil onlara 7,3 milyon ABŞ dollara başa gəlib. Mənzildə 4 yataq otağı, 4 vanna otağı, 195 kvadratmetr terras və 1 000 şüşə qablıq şərab soyuducusu var.
Qeyd edək ki, "Forbes" Lionel Messini 2020-ci ilin ən yüksək ödənişli idmançıları siyahısında 3-cü yerdə göstərib. Ötən il o, maaş və bonuslarla birgə 104 milyon dollar qazanıb.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər