Messi 900-cü matçına çıxdı

Messi 900-cü matçına çıxdı
"Sevilya” ilə İspaniyanın Kubokunun yarımfinal mərhələsinin ilk oyunu "Barselona”nın kapitanı Lionel Messi üçün əlamətdar olub.
Fanat.Az xəbər verir ki,   argentinalı hücumçu peşəkar karyerasında 900-cü matçına çıxıb.
34 yaşlı futbolçu bu görüşlərin 758-ni Kataloniya klubunun, 142-ni isə Argentina millisinin heyətində keçirib.
Qeyd edək ki, "Sevilya” – "Barselona” matçı meydan sahiblərinin 2:0 hesablı qələbəsiylə başa çatıb. Bu komandalar arasındakı cavab görüşü martın 3-də keçiriləcək.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər