Messi 7-ci dəfə "Qızıl top"a sahib çıxdı - İDDİA

Messi 7-ci dəfə "Qızıl top"a sahib çıxdı - İDDİA

PSJ-nin hücumçusu Lionel Messi bu il "Qızıl top"un sahibi olacaq.

Fanat.Az xəbər verir ki, informasiyanı RTP yayıb.

Mənbə 34 yaşlı futbolçunun artıq "France Football" jurnalına ənənəvi müsahibəni verdiyini də açıqlayıb.

Cənubi amerikalı ulduz "Qızıl top"a karyerası ərzində 7-ci dəfə sahib çıxacaq. Mükafatlandırma mərasimi 29 noyabr tarixində, Parisdə baş tutacaq.

Messi ötən mövsüm "Barselona" formasıyla İspaniya Primyerasının bombardiri olub. O, milli komanda ilə Amerika Kubokunu da qazanıb.

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər