Lionel Messi 400 qol həddini keçib. Fanat.az xəbər verir ki, "Barselona"nın "Qranada"nı 6:0 hesabı ilə yendiyi matçda dubl edən argentinalı ulduz 4-cü yüzlüyü geridə qoyub.
62-ci dəqiqədə rəqib qapısına yol tapan Messi klub və milli komanda karyerasında 400-cü qolu vurub. 82-ci dəqiqədə daha bir qola imza atan futbolçu bu sayı 401-ə çatdırıb.
Bu dubl sayəsində La Liqadakı qollarının sayını 248-ə çatdıran Messi 251 qolla rekorda sahib olan "Atletik"in sabiq üvüz Telmo Zarraya bir az da yaxınlaşıb.
Xabi Alonso isə ilginc rekorda imza atıb. Bu yay "Bavariya"ya keçən ispan futbolçu "Köln"ü 2:0 hesabı ilə yendikləri matç ərzində 206 dəfə topa toxunaraq "Bundesliqadakı bir matçda topa ən çox toxunan" futbolçu" adına sahib çıxıb. Bundan əvvəlki rekordun sahibi Xabinin komanda yoldaşı Tyaqo Alkantara idi - 187.
Fanat.az