"Barselona"nın futbolçusu Lionel Messinin 3 həftə yaşıl meydanlardan uzaq qalacağı dəqiqləşib.
Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, tibbi müayinədən keçən argentinalı hücumçunun əzələsinin dartıldığı müəyyənləşib. Onun tam sağalması üçün 3 həftə vaxt lazım olacaq.
Bu isə o deməkdir ki, Messi La Liqada "Xixon” və "Selta", Çempionlar Liqasında "Borussiya" (Münhenqladbax) ilə görüşləri buraxacaq.
Qeyd edək ki, L.Messi La Liqanın 5-ci turunda "Atletiko" (Madrid) matçın (1:1) 59-cu dəqiqəsində zədələnib və məcburi əvəzlənib.
Fanat.Az