Messi 113 klubun neçəsinə qol vurub?

Messi 113 klubun neçəsinə qol vurub?

PSJ-nin argentinalı futbolçusu Lionel Messinin qol vurduğu klubların sayı 96-ya çatıb.

Fanat.Az xəbər verir ki, cənubi amerikalı forvard Fransa Liqasının 22-ci turu çərçivəsində ötən gecə baş tutan matçda - “Tuluza” ilə keçrilən oyunda rəqib qapısına yol tapıb.

Matçın 58-ci dəqiqəsində adını tabloya yazdıran Messi bu qolla komandasına 2:1 hesablı qələbə qazandırıb. 

Leo indiyədək 113 komandaya qarşı mübarizə aparıb. 35 yaşında dünya çempionu adını qazanan futbolçu bunlardan 96-na qol vurub.

Qeyd edək ki, Messi bu mövsüm PSJ forması ilə bütün turnirlərdə  23 matça çıxıb. Bu görüşlərdə 14 qol vuran superulduz eyni sayda məhsuldar ötürmə ilə də yadda qalıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər