Messi 100-ü keçdi - Ronalduya çatmasına neçə top qaldı?

Messi 100-ü keçdi - Ronalduya çatmasına neçə top qaldı?

Lionel Messi Kurasao seçməsi ilə yoldaşlıq oyununda (7:0) het-trik edərək, Argentina milli komandasında 100 qol həddini keçib.

Fanat.Az xəbər verir ki, ötən həftə Panama ilə matçda fərqlənərək karyerasında vurduğu qolların sayını 800-ə çatdıran ulduz futbolçu bu dəfə millidəki rekordunu yenilədi. 

Dünya çempionlarının kapitanı Karib hövzəsi yığması ilə beynəlxalq yoldaşlıq görüşündə 20-ci dəqiqədə hesabı açıb və 100-ə çatıb. O, daha sonra görüşün ilk yarısı ərzində 101 və 102-ci qollarını vurub.

İlk yarını 5 cavabsız qolla bitirən cənubi amerikalıların heyətində fasilədən sonra Anxel Di Maria və Montiel fərqlənib. 

Argentinanın kapitanı milli komandaların bombardirlərinin siyahısında 3-cü pillədədir. Portuqaliyalı Kriştianu Ronaldu 122 və iranlı Əli Daeyi 109 xalla birinci və ikinci yerdədir.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər