Messi 1-ci, Ronaldu isə 3-cü yerdədir - REYTİNQ - FOTOLAR

Messi 1-ci, Ronaldu isə 3-cü yerdədir - REYTİNQ - FOTOLAR

Tanınmış "FIFA 22" videooyununda futbolçuların yeni reytinqləri bəlli olub. Onların reytinqini, xüsusi kibersport mütəxəssisləri müəyyən edir. Həmin peşə sahibləri mövsüm boyu futbolçuların meydanda gördüyü faydalı iş əmsalını dəqiqliklə izləyir və nəticədə reytinq gostəricisini videooyunda tədbiq edir.

Fanat.Az xəbər verir ki, hazırda Lionel Messi ən yüksək reytinqə malikdir - 93. Polşalı futbolçu Robert Levandovski (Robert Lewandovski) 92 reytinqlə ikinci, Kriştianu Ronaldu (Cristiano Ronaldo) isə 91 reytinqlə üçüncü yerdədir.

Digər yüksək reytinqli futbolçuların siyahısını təqdim edirik:

Kevin De Bröyne - 91 Kilian Mbappe - 91 Neymar - 91 Yan Oblak - 91 Harri Keyn - 90 Nqolo Kante -  90 Manuel Noyer - 90  Ter Ştegen -  90 Məhəmməd Salah -  89 Donnarumma -  89 Kərim Benzema - 89 Virgil Van Deyk -  89 Yosua Kimmix -  89 Hyu Min Son - 89  Alisson -  89 Thibaut Courtois -  89 Casemiro -  89 Ederson -  89 Sadio Mane - 89 

Messi 1-ci, Ronaldu isə 3-cü yerdədir - REYTİNQ - FOTOLARMessi 1-ci, Ronaldu isə 3-cü yerdədir - REYTİNQ - FOTOLAR

Xatırladaq ki, futbolçuların videooyundakı prototipləri onların razılığı əsasında təqdim olunur.

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər