Məşqdə dava düşdü - Mamadu erməni baş məşqçini yerə sərdi

Məşqdə dava düşdü - Mamadu erməni baş məşqçini yerə sərdi

"Monpelye"nin müdafiəçisi Mamadu Sako komandanın baş məşqçisi Mişel Ter Zakaryan məşqdə dalaşıblar.

Fanat.Az xəbər verir ki, məlumatı "L'Equipe" yayıb.

Xəbərə görə, ikitərəfli oyun zamanı erməni əsilli fransalı Sakoya qarşı qayda pozuntusunu qeydə almayıb. Mamadu etiraz edərkən mütəxəssis səsini ucaldaraq onu "dəymədüşər körpə" adlandırıb. Ardından isə Mamadu baş məşqçini itələyərək yıxıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər