Məşqçinin atası vəfat etdi, toplanış ertələndi

Məşqçinin atası vəfat etdi, toplanış ertələndi

1-ci Liqa təmsilçisi "Mingəçevir"i bu gün hazırlığa başlamalı olsa da, komanda bir araya gəlməyib.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, "şəhərlilər"in qapıçılarla iş üzrə məşqçisi Elnar Kərimovun atasının vəfatı səbəbindən toplanış ertələnib.

Komandanın yaxın iki gündə hazırlığa start verəcəyi gözlənilir.

Xatırladaq ki, "Mingəçevir" son mövsümdə 1-ci Liqadakı mübarizəni 4-cü yerdə başa vurub. Aran təmsilçisi mövsüm yekunlaşandan sonra baş məşqçisi Füzuli Məmmədovla yollarını ayırıb. Onun yerini Ramiz Məmmədov tutub. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər