Türkiyənin “Adana Dəmirspor” klubu yeni futbolçu transfer edib.
Fanat.Az xəbər verir ki, Super Liqa təmsilçisi Ukrayna milli komandasının sabiq müdafiəçisi Yaroslav Rakitskini heyətinə qatıb.
İnformasiyanı Adana təmsilçisinin rəsmi saytı yayıb. Azad agent statusu daşıyan arxa xətt oyunçusu Türkiyə təmsilçisi ilə 1+1 illik müqavilə bağlayıb.
Qeyd edək ki, Donetsk "Şaxtyor"unun yetirməsi olan Rakitski 2019-cu ildən Rusiyanın “Zenit” klubunun formasını geyinirdi.
Nihat