Məşhur sayt "Karvan"ı diriltdi, Ermənistanda oyun keçirtdi - FOTOFAKT

Məşhur sayt "Karvan"ı diriltdi, Ermənistanda oyun keçirtdi - FOTOFAKT
Futbol24.com bukmeyker saytı Yevlaxın "Karvan” klubunu "dirildib”.
2014-cü ildə dağılan futbol klubu bu gün "oyun keçirib”.
Məşhur sayt "Karvan"ı diriltdi, Ermənistanda oyun keçirtdi - FOTOFAKT
Maraqlı burasındadır ki, "Karvan” Ermənistanın "Şirak” komandası ilə yoxlama oyunu keçirib. Məsələni araşdıranda məlum olub ki, "Şirak” bu gün "Karvan” yox, "Van” klubu ilə yoxlama oyunu keçirib. Ad oxşarlığı isə belə nöqsanın yaranmasına səbəb olub.
Məşhur sayt "Karvan"ı diriltdi, Ermənistanda oyun keçirtdi - FOTOFAKT
Qeyd edək ki, "Karvan” 2004-2014-cü illərdə mövcud olmuş klubdur. Yevlax klubu Yunis Hüseynovun rəhbərliyi altında Azərbaycan çempionatının gümüş və bürünc medallarını qazanıb, ölkə kubokunun finalında mübarizə aparıb.(oxu.az)
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər