Məşhur rus Çin klubuna baş məşqçi təyin edildi

Məşhur rus Çin klubuna baş məşqçi təyin edildi

Tanınmış rusiyalı mütəxəssis Leonid Slutski məşqçilik karyerasını Çində davam etdirəcək.

Fanat.Az xəbər verir ki, o, "Şanxay Şenxua"nı çalışdıracaq.

Məlumatı sözügedən klubun mətbuat xidməti yayıb.

30 tura 52 xal toplayan Şanxay təmsilçisi Çin çempionatının turnir cədvəlində 5-ci pillədə qərarlaşıb.

52 yaşlı Slutskinin son iş yeri onun rəhbərliyi altında 2021/22 mövsümündə aşağı liqaya yuvarlanan "Rubin" olub. O, 2022-ci ilin noyabrında Tatarıstan təmsilçisinin baş məşqçi postunu tərk edib. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər