"Budyo-Qlimt"in qapıçısı Nikita Xaykin FIFA sistemində vətəndaşlığı kimi Böyük Britaniyanı göstərib.
Fanat.Az xəbər verir ki, informasiyanı "Sport Baza" yayıb.
Məlumata görə, 30 yaşlı qolkiper taxın vaxtlarda Norveç vətəndaşlığı almaq və klubunda oynadığı ölkənin milli komandasında çıxış etmək niyyətindədir. Mənbə Rusiya millisinə dörd dəfə dəvət alan Xaykinin çağırışları cavabsız qoyduğunu vurğulayıb.
Qeyd edək ki, sözügedən futbolçu 2023-cü ildən "Budyo-Qlimt"də oynayır. Nikita 2019-2022-ci illərdə də bu klubun formasını geyinib. O, 4 dəfə Norveç çempionu olub.
Kamil Xudiyev