Məşhur məşqçi rəsmən "Latsio"da

Məşhur məşqçi rəsmən "Latsio"da

"Latsio"nun yeni baş məşqçisi müəyyənləşib. Fanat.az xəbər verir ki, "Roma" klubunun rəhbərliyi komnadanı Marselo Byelsaya tapşırıb.

Klubdan verilən açıqlamada bildirilir ki, 60 yaşlı argentinalı mütəxəssislə anlaşma əldə olunub. Marselo Byelsa iyulun 9-da köməkçiləri ilə birlikdə Romaya yollanacan. Müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, son olaraq Marseli "Olimpik"ini çalışdıran Marselo Byelsa Argentinada "Nevell`s Old Boys", "Velez Sarsfield", Meksikada "Atlas", "Amerika", İspaniyada "Atletik" klublarına, həmçinin Argentina və Çili millilərinə başçılıq edib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər