"Uotford" rəhbərliyi komandanın baş məşqçisi Klaudio Ranyerini qovub.
Fanat.Az sözügedən İngiltərə klubunun rəsmi saytına istinadən xəbər verir ki, buna Premyer Liqa təmsilçisinin uğursuz çıxışı səbəb olub.
71 yaşlı italiyalı mütəxəssis təyinatından 3 ay sonra postundan ayrılmaq məcburiyyətində qalıb.
Hazırda 14 xalla 19-cu pillədə mövqe tutan "Uotford" Ranyerinin rəhbərliyi altında keçirdiyi 13 oyunun 10-da məğlubiyyətlə üzləşib.