Məşhur braziliyalı ulduz keşiş oldu - FOTOLAR

Məşhur braziliyalı ulduz keşiş oldu - FOTOLAR

"Liverpul"un və Braziliya millisinin sabiq hücumçusu Roberto Firmino keşiş olub. 

Fanat.Az xəbər verir ki, o, bu barədə sosial şəbəkədə hesabı vasitəsilə məlumat yayıb.

Futbolçu ithaf mərasimindən bir neçə foto əlavə edərək yazıb: “Mana kilsəsinin üç ili. Necə də yaddaqalan və unudulmaz bir gecədir. Məsihlə tanış olduğumuz vaxtdan biz istəyirik ki, insanlar bu məhəbbəti bilsinlər. İndi bizim başqa bir məsuliyyətimiz var: keşiş olmaq”. 

Beləliklə, Firmino, həyat yoldaşı ilə birlikdə üç il əvvəl qurduqları Manah Kilsəsində yevangelist keşiş təyin ediliblər.

Təqdimat 32 yaşlı oyunçunun məmləkətindəki Manah kilsəsində baş tutub.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər