Məşhur braziliyalı İngiltərəyə qayıtdı

Məşhur braziliyalı İngiltərəyə qayıtdı

Bir müddət öncə "Korintians"la müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilən braziliyalı yarımmüdafiəçi Villian İngiltərədədir.

Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Fabritsio Romano şəxsi "Twitter" hesabı üzərindən yayıb.

Xəbərə görə, 34 yaşlı futbolçu "Fulhem"lə müqavilə bağlamaq üçün bu gün tibbi müayinədə keçəcək.

Qeyd edək ki, Villian "Korintians"ın yetirməsidir. O, Avropaya 2007-ci ildə gəlib. Donetsk "Şaxtyor"unun formasını geyinən "sambaçı" 2013-cü ilin yanvarından avqustuna qədər Mahaçqala "Anji"sində top qovub. Daha sonra "Çelsi"də 7 il keçirən (2013-2020) cənubi amerikalı London "Arsenal"ında (2020-2021) da oynayıb.

Nihat  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər